İrandan açıqlama: Düşmənlərimiz geri çəkildi
20.11.2019
İran hakimiyyəti ölkənin təhlükəsizliyini təhdid edən düşmənləri geri çəkilməyə məcbur edib.
Bunu İranın Ali dini lideri Əli Xamenei deyib.
"Bizim dostlarımız və düşmənlərimiz anlamalıdırlar ki, təhlükəsizliyimizə təhdid yaradan son günlərin hadisələrinin gedişində biz düşmənlərimizi geri çəkilməyə məcbur etmişik. Bu hadisələr sadəcə cəmiyyətə yox, həm də İranda sülh məsələsinə də toxunurdu”, – deyə o bildirib.