21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Çin ABŞ-a sərt etirazını bildirib

20.11.2019

Çin hökuməti ABŞ Senatında Çin Xalq Respublikasının Honkonq xüsusi inzibati bölgəsi ilə bağlı aktın qəbul olunmasına sərt etirazını bildirib.
Çin Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı xüsusi bəyanatında ABŞ Senatında qondarma "Honkonqda insan hüquqları və demokratiya aktı” adlı sənədin qəbul edilməsinə Çinin böyük narazılığı və sərt etirazı qeyd olunub.
"Çin ölkənin daxili işlərinə müdaxiləni və beynəlxalq hüququ, beynəlxalq münasibətləri tənzimləyən əsas normaları pozan həmin qanun layihəsini qəti şəkildə pisləyir və ona sərt etirazını bildirir”, - deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, noyabrın 19-da ABŞ Senatında Çinin ciddi etirazlarına baxmayaraq, Honkonqda qanunsuz aksiyaları dəstəkləyən akt qəbul edib.
Çin tərəfi dəfələrlə xarici ölkələrin, o cümlədən ABŞ-ın Honkonq məsələsinə müdaxilə cəhdlərini pisləyib. Çin tərəfi ABŞ Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində və Senatın Xarici məsələlər komitəsində "Honkonqda insan hüquqları və demokratiya aktı”nın dəstəklənməsinə, Nümayəndələr Palatasında aktın qəbuluna da sərt etirazını bildirmişdi. Rəsmi Pekin bu addımı Çinin daxili işlərinə kobud müdaxilə, habelə Honkonqdakı radikal qüvvələrin və aqressiv fəalların dəstəklənməsi kimi qiymətləndirmişdi.
Cinayətkarların Çinin materik hissəsinə ekstradisiya olunmaları barədə qanun layihəsinin hakimiyyət tərəfindən qəbul edilməsi cəhdindən sonra iyundan bəri Honkonqda kütləvi etiraz aksiyaları keçirilir. Aksiyalar daha sonra iğtişaşlara çevrilərək, zaman-zaman küçələrin bağlanması, yanğınlar törədilməsi halları və vandalizm aktları ilə müşayiət olunub. Qanunsuz aksiyaların iştirakçıları dövlət və ictimai binaların şüşələrini sındırır, polis əməkdaşlarına və sakinlərə fiziki xəsarətlər yetirirlər. Son günlər iğtişaşlar daha da şiddətlənib.