“Boeing 737” mövqeyini əldən verdi
19.11.2019
"Boeing 737” son 55 ilin ən çox satılan təyyarəsi statusunu itirəcək.
Bu haqda "Businnes İnseder” laynerlərin satış hesabatına istinadən məlumat verir.
Məlum olub ki, hazırda ən çox satılan təyyarə "Airbus” konsorsiumunun istehsal etdiyi "A 320” təyyarələridir.
2019-cu ildə "Boeing 737” modelindən 15 136, "A 320”dən isə 15 193 ədəd sifariş edilib.
Qeyd olunur ki, şirkətin gəlirlərinin azalmasına səbəb son ildə iki "Boeing 737” təyyarələrinin qəzaya uğramasıdır.