İran ordusu hərbi təlimlərə başladı
19.11.2019
İran ordusunun quru qoşunları ölkənin şimal-qərbində hərbi təlimlərə başlayıb.
Xəbər verildiyi kimi, hərbi təlimlərdə 40 və 41-ci batalyonlar, pilotsuz uçan aparatlar bölməsi, 321-ci hücum bölməsi iştirak edir.
Hərbi təlimlərə ordunun havadan müdafiə qüvvələrinin helikopterləri dəstək göstərir.
2 gün davam edəcək hərbi təlimlərdə müxtəlif döyüş taktikalarının keçiriləcəyi bildirilir.