Türkiyə-İran sərhədindəki zəlzələ Azərbaycana da təsir etdi
19.11.2019
Türkiyə-İran sərhədində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 04:14-də Naxçıvan stansiyasından 125 km cənub-qərbdə, Türkiyə-İran sərhədində qeydə alınıb.
Maqnitudası 5, dərinliyi 44 km olan zəlzələ Naxçıvan MR-nın cənub-qərb hissəsində episentrə yaxın yaşayış məntəqələrində zəif hiss olunub.