Əlibaba Məmmədov səhhətindən danışdı
19.11.2019
Hazırda səhhətim normaldır. 91 yaşa görə necə olmaq lazımdırsa, eləyəm.
Bunu Oxu.Az-a xalq artisti, ustad sənətkar Əlibaba Məmmədov deyib.
"Artıq 91 yaşındayam. Evdə oturmuşam. Heç bir yerə getmirəm. Danışa və yeriyə bilmirəm. Yəni yeriməkdə çətinlik çəkirəm. Fikirlərimi də cəmləşdirə bilmirəm”, - deyə Əlibaba Məmmədov bildirib.
Qeyd edək ki, Əlibaba Məmmədov 1938-ci il fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. Musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb.
1945-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988-ci illərdə "Azkonsert birliyi”nin solisti olub. 1968-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə "Hümayun” xalq çalğı ansamblını yaradaraq, rəhbərlik edib.
Ə.Məmmədov 100-dən artıq mahnı və təsnif yaradıb. Onun ifa etdiyi "Rast”, "Bayatı Şiraz”, "Rahab”, "Dəşti” və başqa muğam dəstgahlarının səs yazıları AzTV-nin Fondunda saxlanılı