Rusiya: İrandakı aksiyalarda onların da əli var
18.11.2019
İrandakı hadisələrin arxasında xarici qüvvələr dayana bilər.
Xəbər verildiyi kimi, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin İkinci Asiya İdarəsinin sədri Zamir Kabulov bildirib ki, İranda hadisələr çətin və kritikdir və bu əsnada xarici qüvvələr aktiv şəkildə çalışır. Buna görə də bütün faktorlar gərginliyin artmasına təsir göstərir.
Qeyd edək ki, İranın dini lideri Ayətullah Əli Xamenei də açıqlamasında aksiyaların keçirilməsi üçün yayılan təxribatın xalq tərəfindən deyil, işbazlar tərəfindən törədildiyini demişdi: "İnqilab müxalifləri və İran düşmənləri hər zaman təxribatı dəstəkləyib. Bu gün də bunu etməkdədirlər”.