Azərbaycan-Ukrayna oyununun hakimləri BƏLLİ OLDU
18.11.2019
21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb.
Noyabrın 19-da baş tutacaq matçı azərbaycanlı hakimlər idarə edəcək.
"Dalğa Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Orxan Məmmədov olacaq. Ona Namik Hüseynov və Rahil Ramazanov kömək edəcək. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.
Qeyd edək ki, matç saat 18:00-da başlayacaq.