İlin ən “qoca” abituriyenti - 59 YAŞINDA
03.05.2018
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasındakı kolleclərə sənəd verən ən yaşlı tələbənin 59 yaşı var.
Bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarov açıqlamasında deyib.
Onun sözlərinə görə, namizəd 1959-cu il 12 iyun tarixində dünyaya gəlib.
Qeyd edək ki, ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün sənəd qəbulu aprelin 30-u başa çatıb və 84377 abituriyent elektron ərizəsini təsdiq edib. "DM"