Türkiyə ordusu Suriyada PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin nəzarətində olan Afrin vilayətində terror təşkilatının mövqelərinə artilleriya zərbələri endirib.
Devran Media "Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Türkiyənin Hatay rayonunun Reyhanlı qəsəbəsində yerləşən Oğulpınar sərhəd-keçid məntəqəsi yaxınlığından fasilələrlə Afrindəki PYD-YPG mövqelərinə artilleriya zərbələri endirilib.
Top atışları Reyhanlı qəsəbəsində açıq-aydın eşidilib. 40 atış yerinə yetirlib.