03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bakı metrosu 25 eskalator alıb

15.11.2019

"Bakı Metropoliteni” 25 ədəd yeni eskalator alıb.
Bunu "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov deyib.
Onun sözlərinə görə, ölkə başçısının "Bakı Metropoliteni”nə ayırdığı vəsaitdən tam səmərəli şəkildə istifadə edilir:
"Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə "Bakı Metropoliteni” üçün dövlət büdcəsindən böyük vəsait ayrılıb. Bu vəsait hesabına metronun "Sahil”, "Şah İsmayıl Xətai” stansiyaları təmir edilib, yeni vaqonlar, eskalatorlar alınıb.
Onu da qeyd edim ki, "Sahil”, "Şah İsmayıl Xətai” stansiyası, eləcə də, hazırda inşaat işləri tamamlanmaqda olan şərti adı "B3” olan stansiya üçün 25 ədəd yeni eskalator alınıb.
Eskalatorlardan dördü "Sahil”, dördü "Şah İsmayıl Xətai” stansiyasında yerləşdirilib. Digər 17 eskalator isə "B3” stansiyasında yerləşdiriləcək. Eyni zamanda, dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, metronun sərəncamında qalan vəsait hesabına da bir sıra işlər görülüb.
Məsələn, "28 May” stansiyasına keçid kimi tikilmiş "Cəfər Cabbarlı” stansiyasında gedən bərpa işləri metronun öz hesabına aparılır”.
Z.Hüseynov onu da əlavə edib ki, "Bakı Metropoliteni” Beynəlxalq Metro Assosiasiyasının üzvüdür:
"İstər bu il, istərsə də keçən il metropolitendə kifayət qədər işlər görülüb. Biz bu gün köhnə sovet məkanında bütün metropolitenlərin üzvü olduğu Metro Assosiasiyasının üzvüyük. "Bakı Metropoliteni” o qədər qabaqcıl səviyyədə inkişaf edir ki, bizim tətbiq etdiyimiz qabaqcıl texnologiyanı, təcrübəni öyrənmək istəyirlər.
İşlərin mərhələli şəkildə, sistemli qurulması onların diqqətini çəkir. Çünki bu gün "Bakı Metropoliteni”nin ən müasir texnologiyalar, yeni qatarlar, dizel generatorlarla təmin edilməsi prosesi davam etdirilir”.