ABŞ pilotları bunu bacarmayacaq...
15.11.2019
ABŞ Hərbi Dəniz Qüvvələrinin pilotları rus və çinli rəqiblərini məğlub edə biləcək istedada sahib deyil.
Xəbər verildiyi kimi, bu iddia ilə "The National Interest”ə (NI) müsahibə verən amerikalı dəniz piyadası Qraham Skarbro çıxış edib.
O, bildirib ki, FA-18 bombardman təyyarəsinin pilotları texnoloji müharibəyə keyfiyyətli formada hazırlaşmaları üçün daha çox raket atmalıdır.
Raket atışı simulyasiyalarının real müharibə sınaqlarının yerini tuta bilməyəcəyini bildirən Skarbro "mövcud Hərbi Dəniz Qüvvələrinin təyyarə donanması havadan- havaya sinfinə aid raketləri nadir halda atır. Lakin müharibə hədəflərinin təlim parametrləri havadan- havaya, havadan- quruya və digərləri arasında daha çox hissəyə ayrılır” ifadələrini işlədib.
O bildirib ki, Rusiya və Çin ilə hərbi qarşıdurma olacağı təqdirdə bu əksikliklər böyük itkiyə yol aça bilər. Bu itkiləri verməmək üçün sülh zamanı problemləri həll etmək lazımdır.