21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Almaniyada icazəsiz yaşayan azərbaycanlılar geri qaytarıldı - RƏSMİ

15.11.2019

Almaniyada icazəsiz yaşayan Azərbaycan vətəndaşlarının readmissiyası baş tutub.
Xəbər verildiyi kimi, bu barədə Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində 14 noyabr 2019-cu ildə Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan Respublikası vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib.
Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaq olub.
Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb.