Rus hərbçiləri ABŞ bazasını nəzarətə götürdü - VİDEO
15.11.2019
Rusiya hərbi polisi Kobani şəhəri yaxınlığında əvvəllər ABŞ hərbi bazası yerləşən aerodromu nəzarətə götürüb.
Xəbər verildiyi kimi, bu barədə RİA yazıb.
Məlumata görə, rus hərbi polisi artıq aerodromun və həmçinin hərbi bazanın ərazisinin mühafizəsini təşkil edib. Obyektlərin perimetrinə əsasən patrul təşkil olunub, atəş mövqelərində keşik çəkilir.
Qeyd edək ki, ötən ay ABŞ ordusunun geri çəkilməsi ilə Rusiya hərbi polisi Kobaniyə yerləşmişdi.