Cavad Zərif: ABŞ-la danışıqlar bitdi!
03.05.2018
İran nüvə sazişi barəsində bir daha heç bir sövdələşmə aparmayacaq və əsla müzakirə masasına əyləşməyəcək.
"Dövran Media" xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
ABŞ-ın saziş çərçivəsində öhdəsinə düşən öhdəlikləri kobud şəkildə pozduğunu bildirən XİN rəhbəri eyni zamanda Vaşinqtonun anlaşmanı imzalayan digər ölkələrə qarşı "zorbalıq” etdiyini qeyd edib.