21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Senat "erməni soyqırımı”nı blokladı

14.11.2019

Respublikaçı senator Lindsi Qrehem çərşənbə günü Senatın Osmanlı İmperiyasında bir əsrdən əvvəl "erməni soyqırımını" tanıyan qətnamənin qəbul etməsinin əleyhinə olduğunu bildirib.
Senator Qrehem qətnamənin qəbulunu bloklamaq hüququndan istifadə edib.
"Mən Ərdoğan və Trampla görüşdüm və Türkiyə ilə Suriyada qarşılaşdığımız problemlərdən danışdıq. Ümid edirəm ki, Türkiyə ilə Ermənistan aralarındakı sözügedən problemi birlikdə həll edər", - deyə senator əlavə edib.
Trampın yaxın müttəfiqi hesab olunan Qrehem senatorlara xitabən "tarixin yenidən yazmağın lazımsız olduğunu" bildirib.
Qeyd edək ki, "erməni soyqırımı” qətnaməsi Xarici İşlər Komitəsində demokrat Robert Menendez tərəfindən təklif edilmişdi.
Türkiyə Prezidenti Tayyib Ərdoğan çərşənbə günü Vaşinqtona səfəri zamanı Nümayəndələr Palatasının Osmanlı İmperiyasında "erməni soyqırımı"nın tanınmasının Türkiyə-Amerika münasibətlərinə kölgə saldığını diqqətə çatdırmışdı.