Keçibuynuzunun qızıldan qiymətli faydaları
13.11.2019
Keçibuynuzu bəhməzi çox faydalı təbii müalicəvi vasitədir. Onun tərkibində bir çox orqanizm üçün vacib maddələr var - xolin, orqanik turşular, kalsium, maqnezium, marqans, dəmir, pektin, büzücü maddələr, vitaminlər və s.
Keçibuynuzu bəhməzinin bu kimi inanılmaz faydalı xüsusiyyətləri var:
- Öskürək zamanı çox yaxşı kömək edir, nəfəs yollarını selikdən təmizləyir, öskürəyi yümşaldır.
- İmmun sistemini möhkəmləndirir, soyuqdəymə zamanı sağalmanı tezləşdirir.
- Yuxunu yaxşılaşdırır.
- Ürəyin fəaliyyətini və arterial təzyiqi normallaşdırır.
- Qanda xolesterinin səviyyəsini aşağı salır.
- Dəmirlə zəngin olduğundan qanazlığı zamanı faydalıdır.
- Sümükləri möhkəmləndirir.
- Orqanizmi ziyanlı maddələrdən təmizləyir, antioksidant kimi təsir edir.
- Maddələr mübadiləsini sürətləndirir, arıqlamağa kömək edir.
- Miqren, depressiya, əsəbilik zamanı faydalıdır.
- Beyinin fəaliyyətinə müsbət təsir edir.
- Orqanizmə əlavə enerji verir.
Mütəxəssislər keçibuynuzu bəhməzini gündə 2 dəfə 1 x.q. (uşaqlarda 1 ç.q.) olmaqla yeməkdən 30 dəqiqə əvvəl qəbul etməyi tövsiyə edirlər.
Bəhməzin faydasını artırmaq üçün onu su və az miqdarda limon şirəsi ilə qarışdırıb içmək məsləhət görürlər./sağlamolun/