Vaqif Əsədov xəstəxanaya yerləşdirildi
13.11.2019
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov xəstəxanaya yerləşdirilib.
Bu barədə Trend-ə V.Əsədov özü məlumat verib.
Polis polkovniki bildirib ki, hazırda Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alır: "Səhhətimdə problem yaranıb, soyuqla əlaqədardır. Hazırda hospitalda müalicə alıram".