Erməni nasistinin xatirə lövhəsi qaraya boyandı - Rusiyada
13.11.2019
Rusiyanın Armavir şəhərində faşist əlaltısı Qaregin Ter-Arutyunyana (Njde) qoyulan xatirə lövhəsi qara boya ilə boyanıb.
"Dövran Media" Trend-ə istinadən xəbər verir ki, bunu Armavir şəhər dumasının deputatı Aleksey Vinoqradov edib.
Onun sözlərinə görə, noyabrın 11-də yerli hökumət orqanlarının xatirə lövhəsinin sökülməsi üçün qoyulan ikihəftəlik müddət başa çatıb.
Deputat əvvəllər də vurğulamışdı ki, xatirə lövhəsi sökülməyəcəyi təqdirdə o, fərdi şəkildə bu məsələni həll edəcək.