Mehriban Əliyeva şəhid ailəsinin evi barədə tapşırıq verdi
13.11.2019
Bir neçə gün əvvəl sosial şəbəkələrdə şəhid Şaban Cəfərovun ailəsinin evinə həbs qoyulması ilə bağlı məlumatlar yayılıb.
Məsələ cəmiyyət arasında ciddi narahatlığa səbəb olub və geniş müzakirə edilib.
Xəbər verildiyi kimi, Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailəsinin müraciətinə baxılması və evin dərhal şəhid ailəsinə geri qaytarılması ilə bağlı tapşırıq verib.
Bundan sonra problem öz həllini tapıb.
Qeyd edək ki, bu mövzunu yazar Səbinə Yusif özünün sosial şəbəkədəki hesabından paylaşıb.
Səbinə Yusif məsələnin şəhid Şaban Cəfərovun ailəsinin xeyrinə həll olunması istiqamətində verdiyi tapşırığa görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini bildirib.