Polis yayılan videoya reaksiya verdi
13.11.2019
Sosial şəbəkələrdə yayılan videgörüntülərdən məlumatlıyıq, müvafiq rayon polis idarəsində araşdırma aparılır.
Bunu Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.
Qeyd edək ki, Report-un məlumatına görə, Bakıda gecə saatlarında iki nəfər şəxs küçədə yolu bağlayıb, avtomobillərin hərəkətində problem yaradıb. Həmçinin onlar küçə ilə gedən qadına hücum ediblər. Daha sonra ətrafdakı insanlar həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısını alıb.