21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

12.11.2019

2019-cu ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,2 faiz bahalaşıb.
Trend-in məlumatına görə, cari ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,9 faiz bahalaşıb.
Ay ərzində düyünün, unun, manna və qarabaşaq yarmasının, mal və qoyun ətinin, təzə balığın, hisə verilmiş kolbasanın, pasterizə olunmamış üzlü südün, pendirin, yoqurtun, yumurtanın, süfrə marqarininin, portağalın, bananın, üzümün, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, soğanın, sarımsağın, kartofun, meyvə şirəsinin qiymətlərində bahalaşma, makaron məmulatlarının, suda bişmiş kolbasanın, sterilizə olunmuş üzlü südün, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, xamanın, kərə, zeytun, günəbaxan və qarğıdalı yağlarının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, kivinin, xurmanın, şabalıdın, kələmin, yerkökünün, çuğundurun, göy lobyanın, balqabağın, mərcinin, şəkərin, qəhvə, çay və kakaonun, arağın, pivənin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.