“WhatsApp” bu istifadəçiləri bloklayır
12.11.2019
"WhatsApp” mesajlaşma tətbiqi qrupa daxil olan yanlış xəbər yayan istifadəçilərin mobil nömrələrini həmişəlik bloklamağa başlayıb.
Bu barədə iXBT.com xəbər verir.
Eyni şikayətlər bir neçə həftədir ki, daxil olub. Məşhur mesajlaşma şəbəkəsinin administratorları bir neçə qrup adının "bədxah” məqsəd daşımasını təsdiq edib.
Bloku ləğv etməklə heç nə əldə olunmur, çünki blok olunan istifadəçilər servisin qaydalarını pozub.
"Son zamanlar "WhatsApp” aqressiv, ekstremizm, spam və yanlış xəbər xarakterli istifadəçilərə qarşı ciddi mübarizə aparır. Çünki buna qədər bu tip istifadəçilər bədbəxt hadisələrin yaranmasına səbəb olub”, - bu barədə "Ridus” məlumat yayıb.
Misal olaraq, bu il Hindistanda yerli sakinlər mesajlaşma və sosial şəbəkələrdə uşaqların oğurlanması ilə bağlı geniş yayılan xəbərin qurbanı olublar.