Ermənistana yardıma hazırıq - Lavrov
11.11.2019
Rusiya hər zaman Ermənistanın yanında olmağa, ona kömək etməyə hazırdır.
Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavro Ermənistan Diplomatiya Məktəbində çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistan dayanıqlı sosial-iqtisadi inkişafının təminatı üçün miqyaslı hədəflərini həll edir.
O, Yaxın Şərqdə xristianlara yardım məsələsinin Rusiya və Ermənistanın ümumi qayğısı olduğunu bildirib.
Lavrov həmçinin rus dilinin Ermənistanda davamlı olaraq dəstəkləndiyini və Rusiyanın bu xəttin davam etdiriləcəyinə ümid etdiyini söyləyib.