Nyu Yorkdan Bakıya uçan təyyarə məcburi eniş etdi
10.11.2019
"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus Nyu-York-Bakı reysini həyata keçirən təyyarə Gəncə hava limanında məcburi eniş edib.
"Boinq 787 Drimlayner" təyyarəsi yerli vaxtla saat 07: 33-də Gəncə hava limanına uğurlu şəkildə eniş edib xəsarət alan olmayıb. Sərnişinlər hava limanının terminalında yerləşdirilib, yemək və içkilərlə təmin ediliblər.
Hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Bakı vaxtı ilə saat 10:01-də Gəncədən Bakıya uçub və saat 10:37-də artıq Bakıda enib.
Qeyd edək ki, güclü duman səbəbinə görə Heydər Əliyev Beynəlxalq Hava Limanında bəzi uçuş gecikmələrinə səbəb olub. Hal hazırda Bakı hava limanı normal rejimdə işləyir.