Sərxoş məscidə girdi, yanğın törətdi
09.11.2019
Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufada şəhər sakinlərindən biri kibrit yandıraraq mollanı axtardığı zaman təsadüf nəticəsində məscidi yandırıb.
Bu məlumatı Başqırdıstan Daxili İşlər Nazirliyi yayıb. Yanğın noyabrın 3-də gecə saatlarında baş verib. Nazirlik yanğının baş verdiyi məscidin "Həmzə” olduğunu açıqlayıb.
İnsidenti törədən şəxsin 39 yaşının olduğu vurğulanıb. O, polisə verdiyi ifadə də sərxoş olduğunu və məscidin yanından keçərkən onun qapısının açıq qaldığını, mollanı axtarmaq üçün kibrit yandıraraq içəri girdiyini, amma heç kimi tapmadığı üçün kibriti ataraq məscidi tərk etdiyini və bundan sonra yanğının başladığını bildirib.