Güclü zəlzələ nəticəsində yaralananların sayı artdı
09.11.2019
Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində zərərçəkənlərin sayı 529 nəfərə çatıb.
Bu barədə Şərqi Azərbaycan vilayətinin tibbi yardım və fövqəladə halların qarşısının alınması mərkəzinin rəhbəri Fərzəd Rəhmani məlumat verib.
O, təbii fəlakət nəticəsində 5 nəfərin öldüyünü, 529 nəfərin də xəsarət aldığını, bunlardan da 31 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.
Qeyd edək ki, noyabrın 8-nə keçən gecə Şərqi Azərbaycan əyalətində 6 bal gücündə zəlzələ baş verib. Qeyri-rəsmi məlumata görə, zəlzələ nəticəsində 11 nəfər dünyasını dəyişib.