Avropa Şurasının Baş katibi Gürcüstana GƏLƏCƏK
09.11.2019
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç noyabrın 11-də Gürcüstana səfər edəcək.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, səfər Avropa Şurası Nazirlər Komitəsinin sədrliyinin yaxın vaxtlarda Gürcüstana ötürülməsi ilə əlaqədar baş tutacaq.
Səfər çərçivəsində Avropa Şurasının Gürcüstan üçün 2020-2023-cü illər üzrə Fəaliyyət Planının rəsmi təqdimatı keçiriləcək.
Avropa Şurasının Baş katibinin Gürcüstan Prezidenti, Baş nazir, parlamentin sədri və Avropa Şurası Parlament Assambleyasındakı Gürcüstan nümayəndə heyətinin rəhbəri ilə görüşləri də planlaşdırılıb.