ABŞ: Vurulan PUA bizə məxsus deyil
08.11.2019
İranın hava məkanında vurulan pilotsuz uçuş aparatı (PUA) ABŞ Silahlı Qüvvələrinə məxsus deyil.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.
"İranın hava məkanında ABŞ-a məxsus pilotsuz uçuş aparatının vurulması ilə bağlı yayılan informasiyalar yanlışdır”, - deyə açıqlamada qeyd edilib.
Xatırladaq ki, bu gün İran Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Fars körfəzində, Mahşəhr limanı yaxınlığında naməlum PUA vurulub.