Ən yaxşı maşinistinə mükafat veriləcək
08.11.2019
"Bakı Metropoliteni” QSC-də hər il metropolitençilərin peşə bayramı ərəfəsində keçirilən "İlin maşinisti” müsabiqəsinin builki qalibi müəyyən edilib.
Bu ada hərəkət qatarlarının istismarı üzrə iş departamentinin qatar sürücüsü, 3-cü dərəcəli maşinist Hüseyn Hüseynov layiq görülüb.
H.Hüseynov 22 ilə yaxındır ki, metropolitendə çalışır.
Qeyd edək ki, H.Hüseynov metropolitendə ilk əmək fəaliyyətinə 20 yaşında "Nərimanov” deposunun qaldırma təmiri sexində 1-ci dərəcəli elektrik çilingəri kimi başlayıb. İlin maşinisti ənənəvi müsabiqənin qalibi müəyyənləşdirilərkən, münsiflər heyəti yekdilliklə H.Hüseynova səs verib. Qalib maşinistə minimum əmək haqqının 10 misli miqdarında birdəfəlik pul mükafatı ödəniləcək.