BƏƏ-nin naziri Azərbaycana səfər edəcək
08.11.2019
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqtisadiyyat naziri Sultan Bin Saeed Al Mansoori Azərbaycana səfər edəcək.
BƏƏ-nin Azərbaycandakı səfirliyindən verilən xəbərə görə, İqtisadiyyat nazirinin başçılıq etdiyi geniş nümayəndə heyəti noyabrın 11-13-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Səfər çərçivəsində nazir bir sıra görüşlər keçirəcək və noyabrın 12-də baş tutacaq BƏƏ-Azərbaycan Ticarət Məclisində iştirak edəcək.