Çin ABŞ-a çağırış etdi
08.11.2019
ABŞ İrana qarşı birtərəfli sanksiyalar siyasətindən və təzyiqlərdən imtina etməlidir.
Bunu Çinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi deyib. O, Yaxın Şərqdə hazırkı gərgin situasiyanın ABŞ-la, eləcə də onun İranla nüvə müqaviləsindən çıxmasıyla əldaqədar olduğunu bildirib.
Qeyd edək ki, ABŞ bundan öncə İranın 9 vətəndaşına, o cümlədən Xameneinin oğluna və İran Baş Qərargah rəisinə sanksiya tətbiq edib.