14 yaşlı qızın toyuna polis basqını - İstanbulda
07.11.2019
Türkiyənin İstanbul şəhərində hüquq-mühafizə orqanları azyaşlı evliliyinin qarşısını alıblar.
Büyükçekmece rayonunda adları açıqlanmayan S.T. (şərti ad) adlı 14 yaşlı qız və A.A. (şərti ad) adlı 18 yaşlı oğlanın toy mərasiminin keçirilməsi barədə polisə məlumat daxil olub.
Bu şikayətdən sonra polis əməkdaşları mərasim zalına basqın təşkil edib.
Bəy və gəlin toy iştirakçılarının köməyi ilə pəncərədən qaçaraq ərazidən uzaqlaşsalar da, sonradan ələ keçiblər.
Daha sonra ailələrin dindirilməsi zamanı məlum olub ki, azyaşlının atası yaxın qohumlarının etirazına baxmayaraq qızını zorla evləndirməyə cəhd edib. Məhz elə qohumların polisə məlumatından sonra məsələ bəlli olub.
İfadəsi alınan valideynlər sərbəst buraxılıblar.