21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Avstriya onu ölkəyə buraxmadı - NÜMUNƏ

07.11.2019

Avstriya Xarici İşlər Nazirliyi Rayxenau şəhərində keçiriləcək Cənub-Şərqi Avropada Regional Stabillik Tədqiqat Qrupunun 20-ci seminarında qondarma Cənubi Osetiya "xarici işlər naziri” Dmitri Medoyevin iştirakına icazə verməyib.
Bu məlumat qondarma rejimin "xarici işlər nazirliyi”nin saytında yer alıb.
Qeyd edək ki, seminar Avstriya Milli Müdafiə Akademiyası, Avstriya Müdafiə Nazirliyinin iclası ilə baş tutub. Seminarda əsas müzakirə mövzusu Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağdakı situasiya barədə olacaq. Əvvəlcədən yayılan açıqlamada Medoyevin seminarda çıxış edəcəyi bildirilmişdi.
Bundan öncə qondarma Qarabağ rejiminin "xin” rəhbəri Masis Mailyan ABŞ-a, daha sonra Rusiyaya səfər edib. Mailyanın səfəri ilə əlaqədar ABŞ səfiri Azərbaycan XİN-nə çağırılıb, Rusiyaya isə səfərlə bağlı nota verilib.