23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ədliyyə Nazirliyi yeni xidmət yaradır

07.11.2019

"Hazırda Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsi tərəfindən Ədliyyə Nazirliyinin yeni xidmətlərinin yaradılması istiqamətində işlər gedir”.
Bunu bu gün IV Beynəlxalq Bankçılıq Forumunda "Elektrtron icra informasiya sisteminin tətbiqinin gətirdiyi imkanlar”  mövzusunda çıxış edən Ədliyyə Nazirliyi İcra baş idarəsinin qrup rəhbəri Tural Məmmədov bildirib.
T. Məmmədov deyib ki, bu işlər çərçivəsində fiziki və hüquqi şəxslərə tərəf olduqları məhkəmə qərarları barədə məlumatların verilməsi barədə xidmət yaradılır: "Bu proses ilin sonuna qədər başa çatacaq. Artıq kredit təşkilatları, hüquqi şəxslər öz evlərindən, ofislərindən kompüterlər vasitəsi ilə Ədliyyə Nazirliyinin veb səhifəsinə daxil olmaqla icra işləri barədə məlumatları dərhal əldə edə biləcəklər. Yəni icra məmurları ilə əlaqədə olmamaqla uzaqdan bu barədə məlumat əldə edilə biləcək. Digər tərəfdən, hazırda Elektron icra informasiya sisteminin Əsasnaməsi işlənir. İlin sonuna qədər elektron icra informasiya sistemini vətəndaşlar üçün tam istifadəyə verə biləcəyik”.