21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ən qədim yazılı abidəmiz Bombeydədir? - AÇIQLAMA

07.11.2019

Azərbaycan ədəbiyyatının ən qədim yazılı abidəsinin VIII əsrdə yaşamış şairə Zibeydə Xatuna aid olması ilə bağlı məlumatlardan xəbərimiz var. Məsələ vaxtilə araşdırılıb.
Bu sözləri Kult.az-a açıqlamasında Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli deyib.
"Deyilənə görə, Zibeydə xanım Harun ər-Rəşidin (beşinci və ən məşhur Abbasi xəlifəsi) həyat yoldaşı olub. Amma onun əslən azərbaycanlı olması və Azərbaycan dilində yazıb-yaratması barədə yayılan informasiyalar öz təsdiqini tapmayıb. Nə qədər axtarsaq da, Zibeydə Xatunun Hindistanın Bombey şəhərində işıq üzü gördüyü deyilən "Ruzi Revşən” adlı kitabını əldə edə bilmədik”, - o bildirib.
Qeyd edək ki, Zibeydə Xatunun Hindistanın Bombey şəhərində işıq üzü görmüş "Ruzi Revşən” adlı kitabının Azərbaycan ədəbiyyatının ən qədim yazılı abidəsinin olması ilə bağlı iddialar gündəmə gəlib.