MDB-nin kəşfiyyat rəisləri Daşkənddə toplaşır
07.11.2019
MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərlərinin görüşü bu gün Daşkənddə keçiriləcək.
Bu məlumatı Rusiya Federal Təhlükəsizlik Xidməti yayıb. Məlumata görə, tərəflər görüşdə Əfqanıstanın şimalında situasiyanın Mərkəzi Asiyadakı vəziyyətə təsirini müzakirə edəcəklər.
Qeyd edək ki, MDB xüsusi xidmət orqanları Özbəkistanda ilk dəfə toplaşırlar.