ABŞ-ın keçmiş prezidenti Corc Buşa mətbuat konfransı zamanı ayaqqabısını ataraq bütün dünyada məşhurlaşan iraqlı jurnalist Muntazar əl-Zeydi ölkəsində mayın 12-də keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürüb.
"Dövran Media" xəbər verir ki, prezidentlə yaşanan qalmaqal səbəbindən 9 ay müddətinə həbs olunan Zeydi azadlığa çıxdıqdan sonra bir müddət xaricdə yaşayıb.
"Sevgili iraqlı qardaşlarım. Uzun illər ölkəmdən ayrı yaşadıqdan sonra məmləkətim İraqa birdəfəlik qayıtdım. İndi İslah üçün Yürüş hərəkatından millət vəkilliyinə namizədliyimi irəli sürdüm. Bildiyiniz kimi, zalımlara qarşı məzlumun köməyi olacağam”, - jurnalist bildirib.