Lavrov Türkiyəyə çağırış etdi
06.11.2019
Şərqi Aralıq dənizində, o cümlədən Kipr kontinental şelfində enerji ehtiyatlarının hasilatı ilə bağlı məsələlər bütün maraqlı tərəflər arasında danışıqlar yolu ilə həll edilməlidir.
Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.
"Biz hər zaman Türkiyə, Kipr, Yunanıstan, İsrail və Misir də daxil olmaqla, bütün maraqlı tərəfləri 1982-ci il Dəniz qanununda təsbit edilmiş normalar çərçivəsində məqbul razılaşmaları müzakirə edərək bu problemləri həll etməyə çağırırıq", - Lavrov deyib.