İranda güclü zəlzələ
06.11.2019
İranın cənubundakı Hörmüzqan əyalətində 5.4 bal gücündə zəlzələ baş verib.
Xəbər verildiyi kimi, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzindən informasiya yayılıb.
Zəlzələ ocağı 16 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində dağıntılar və ya insan itkisinə dair informasiya verilməyib.