Səudiyyədən sülh ELANI
06.11.2019
Yəmən hökumətiylə separatçılar - Cənub Keçid Şurası arasında sülh razılaşması imzalanıb.
Bu məlumatı Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman yayıb. Onun sözlərinə görə, bu razılaşma Yəməndə yeni dövrün başlanğıcı olacaq.
O, Səudiyyənin ölkədəki situasiyanı tam dəstəklədiyini bildirib.
Qeyd edək ki, Cənub Keçid Şurası Yəmən hökumətindən ayrılan bir sıra nazir, qubernator və hərbçilər tərəfindən yaradılıb. Əsasən Yəmənin cənub ərazilərini, o cümlədən limanına nəzarət edirlər.
Cənub Keçid Şurası Birləşmiş Ərəb Əmirliyi tərəfindən dəstəklənir və ondan külli miqdarda yardımlar alır.
Şuranın tərkibində husilər yer almır.