Azərbaycan Aİ-nin ən böyük investorudur
05.11.2019
"Avropa İttifaqının (Aİ) "bir ölçü hamıya uyğundur" yanaşmasını tərk edərək Qonşuluq Siyasətinə yenidən baxış sərgiləməsi xoş bir addımdır. Aİ ölkələrin ehtiyac və istəklərinə əsaslanmalı olan fərqləndirmə və xüsusi hazırlanmış tərəfdaşlıq anlayışını əlavə etməyə çalışdı”.
Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı (ŞT) üçün yeni siyasi baxış" mövzusunda yüksək səviyyəli nazirlər seminarında deyib.
O bildirib ki, bu ölkələrin öz seçimləri olmalıdır, Aİ-nin seçimi yox: "İndi Azərbaycan, Avropa İttifaqı ilə özünəməxsus və fərqlənən gündəliyi həyata keçirmək üçün Aİ-dən çoxsaylı fərqləndirmə yollarını gözləyir. ŞT-in gələcək prosesini biz belə görürük. Hər bir tərəfdaşın iqtisadi inkişaf, geostrateji yerləşmə və regional təhdidlər üçün resursların təsiri altında formalaşan müxtəlif inkişaf strategiyaları və baxışları ola bilər. Məsələn, Azərbaycan ŞT tərəfdaşları arasında Aİ-nin ən böyük investorudur, lakin heç vaxt ŞT-da "qabaqlayıcı" statusununa iddia etməyib. Azərbaycan Şərq Tərəfdaşlığının bu günədək nə verdiyi və bundan sonra hara getdiyi barədə düşüncə mərhələsindədir. Şərq Tərəfdaşlığının növbəti onilliyi nə gətirə bilər, onun aləti və ya mexanizmi Azərbaycan üçün nə qədər cəlbedici olacaqdır, strukturlaşdırılmış bir dialoqun əvvəlki dialoq növündən fərqi necə olacaqdır, daha çox öhdəlik və ya real, maddi imkanlar olacaqdır. Bu cür suallar verdiyimiz və son 10 ildə Azərbaycanın Aİ ilə münasibətləri üçün Şərqi Tərəfdaşlığının əlavə dəyərinin nə olduğunu düşünməyə vaxt ayırdığımız tamamilə aydındır. Şərq Tərəfdaşlığının genişləndirilməsi və ya onun institusional bazasının yaradılması barədə bəzi düşüncələr daxil olmaqla müxtəlif fikirlər eşidirik. Azərbaycan individual yanaşmaya üstünlük verir. Biz praqmatik və realist olmalıyıq”.
Nazir qeyd edib ki, Azərbaycan çox vaxt neft və təbii qazla əlaqələndirilir: "Enerji qaynaqlarımızın əhəmiyyətinin yeni bir elementini təqdim edəcəyəm. Birincisi, təbii qazımız çirkləndirici kömürdən daha təmiz bir qalıq yanacağı molekuludur. İkincisi, təbii qazımız Aİ-nin ekoloji cəhətdən dost və enerji səmərəliliyini artırmaq kampaniyasında onun üçün ideal keçid yanacağı rolunu oynaya bilər. Bu iqlim siyasətinin məqsədlərinə də aiddir. Beləliklə, Aİ-yə gedən qaz kəmərimiz Aİ-nin iqlim siyasətinin məqsədlərinə birbaşa töhfədir. Görürsünüz, bu həm ticarət, həm rabitə (infrastruktur), həm də ətraf mühit məsələsidir. Bağlılıq Şərq Tərəfdaşlığında çoxtərəfli əməkdaşlığın aparıcı qüvvəsi olmalıdır. Bu gün o, sabitlik mənbəyi və tərəfdaş ölkələrdə dayanıqlılığı gücləndirmək üçün bir vasitədir. Bu mövzu sərmayələri, maliyyə qurumlarını, özəl sektoru diqqəti cəlb edir. Bu həmçinin ticarət, yaradıcı bir ticarət deməkdir. Proteksionizm deyil. Aİ tərəfindən beynəlxalq çoxtərəfli təşəbbüsün - Avropa Bağlılıq Forumunun irəli sürülməsi Azərbaycanın və müxtəlif qitələrdə daha geniş bağlılıq məqsədlərinə çatmaq yolunda olan ölkələrin mühüm rolunu müəyyənləşdirir. Bəlkə də Azərbaycan Aİ üçün böyük bir bazar deyil. Beləliklə, Azərbaycandan Aİ şirkətlərinə rəqabət çox deyil. Lakin xarici investorlarla müqavilələri milli qanun statusuna qaldıran məhz iqtisadiyyat və bazardır. İnvestorlar Azərbaycandakı öz kapitallarından və işlərindən rahatdırlar. Müqavilələrə hörmət etdiyimiz üçün qürur duyuruq. Müqavilələrin yüksək dərəcədə saffaflığı var. Təbii sərvətlərimizlə dünyaya açıldığımız 1994-cü tarixli "Əsrin Müqaviləsi” ilə bu işi bacardıq. Ölkəmizi Avrasiyanın xəritəsinə bir logistika mərkəzi kimi daxil etmək üçün yeni dövrdə yenidən bunu edəcəyik. Aİ-də və ya Şərq Tərəfdaşlığı bölgəsində başqa harada xarici investor gəlib 30-40 il eyni liberal maliyyə / investisiya rejimindən faydalana bilər? Bu olduqca uzun müddətdir. Bu böyük bir öhdəlikdir. Həm də siyasi iradə tələb edir. Sabitlik vacibdir. Hamı qazana bilər. Azərbaycan investorlara dost ölkədir. Bir çox Aİ iş adamı və investorunun bu məqsədlə Azərbaycanı seçməsi təsadüfi deyil. Əslində Aİ bizim bir nömrəli ticarət və investisiya tərəfdaşımızdır. Şübhəsiz ki, fiziki qarşılıqlı əlaqə öz-özünə təmin olunmur, onların kommersiya baxımından təmin edilməsi eyni dərəcədə vacibdir. Bu məqsədlə, Bakı-Tbilisi-Qars dəmir yolu əlaqəsi ilə artan ticarəti təmin etmək üçün Azərbaycan Orta Asiya ölkələri ilə tariflərin birləşdirilməsi üzərində işləyir. Biz Aİ-nin bu regional magistral layihəni dəstəklədiyini və Aİ ölkələri ilə gələcək əlaqələrin perspektivini qiymətləndiririk. Avstriya, Almaniya, Macarıstan və digər Avropa İttifaqı ölkələrindən olan bir neçə böyük logistika şirkətinin Asiya ilə Avropa arasında yük daşınması üçün bizimlə birgə Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etməkdə istəkli olmaları təəccüb doğurmur”.