Fəallara silahlı hücum: 9 nəfər öldürüldü
05.11.2019
Meksikanın Çiuaua ştatında bir qrup fəala silahlı hücum olub.
Dövran Media Trend-ə istinadən xəbər verir ki, hücum nəticəsində azı 9 nəfər həlak olub.
Qeyd olunur ki, hücuma insan oğurluğuna qarşı mübarizə aparan fəal Xulian LeBaronun yaxınları məruz qalıb.
Həlak olanlardan 6 nəfərin uşaq oluğu qeyd edilir. Bundan başqa, hücum edənlərin iki avtomobil və daha 12 nəfəri qaçırdıqları deyilir.
Hazırda polis və hərbçilər tərəfindən birgə axtarış aparılır.