03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu məmurlar ağlasığmaz yollara əl atır

05.11.2019

Təfəkkürləri köhnə paltar dolabının qoxusunu verən, siyasi sistemin və cəmiyyətin özünüqoruma mexanizmlərinin vurub bir kənara atdığı bəzi nimdaş məmur-siyasətçilər onlara qarşı "haqsızlıq edildiyini”, kimlərləsə müqayisədə daha yaxşı olduqlarını sərgiləmək üçün dəridən-qabıqdan çıxır, yaxud qisasçılıq zəminində şər-böhtan, gözdənsalma kampaniyasını körükləyir, "bəlkə də qaytardılar” ümidi ilə ağlasığmaz nağıllar, əfsanələr uydururlar.
Bir çoxları "islahat” sözünü və anlayışını öz maraqları kontekstindən dəyərləndirir.
Bəziləri mental xüsusiyyətlərimizin və dəyərlərimizin qatlanıb bir küncə qoyulacağını, Bakının mərkəzində çırtıq çalıb "Daş-duşi, daş-duşi, madam popuqay” havasına kosmopolit diringi vuracaqlarını, milli düşüncənin, Azərbaycan xalqını ayaqda saxlayan təməl məfkurə anlayışlarının "arxaik” elan olunub sıradan çıxarılacağını, dövlətçi təfəkkürün "şou menecment” psixologiyasının təzyiqi ilə sarsılacağını, "özgə” sözünün rus dilinə jarqonlaşdırılmış tərcüməsində küncə sıxışdırılacağını düşünürlər. Anlamırlar ki, islahat milli platforma üzərindən yenilənmədir. Başa düşmürlər ki, yalnız milli düşüncə modern, yenilikçi olanda cəmiyyətə fayda verə bilər. Genetik kodunda milli təəssübkeşlik, cəmiyyətə fayda vermək niyyəti dayanmayan istənilən təfəkkür – istər modern olsun, istərsə də postmodern – fərdi eqonun böyüdülməsinə və xalqdan üstün tutulmasına xidmət edir.
Ölkəmizdə həyata keçirilən islahatların təməlində Azərbaycan vətəndaşına və dövlətinə xidmət, azərbaycanlı indentikliyinin ən müsbət keyfiyyətlərinin inkişaf etdirərək daha modern və zövqlü şəkildə dünyaya təqdim edilməsi, idarəetmə sisteminin modernləşməsi və çağdaş dünyanın tələblərinə cavab verməsi dayanır. Məqsəd ayrı-ayrılıqda hər bir azərbaycanlını, bütövlükdə isə Azərbaycanımızı dünyanın amansızcasına dəyişən reallıqların içərisindən keçirərək gələcəyə daşımaq, rəqabətə davamlı etmək və layiq olduğu həyata qovuşdurmaqdır.
Bacarsanız, fərdi eqonuzu, qisasçılıq hisslərinizi bir kənara qoyun. Daha yeni, daha müasir Azərbaycanda hər kəsə intellektinə və bacarığına görə yer olacaq.