Ukrayna NATO-ya üzv olacaq
05.11.2019
NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Şimali Atlantika Alyansına üzv olacağına dair söz verib.
Bu bəyanatla o, "1+1" telekanalına müsahibəsi çərçivəsində çıxış edib.
"Ukraynann NATO-ya üzvlüyü ilə bağlı bütün müttəfiqlər razılığa gəlib", - o bildirib.
Baş katibin sözlərinə görə, Çernoqoriya, Şimali Makedoniya, Polşa və Baltika ölkələri NATO-ya üzv olmalarını təsəvvürlərinə belə gətirmirdilər, ona görə də bu, Ukrayna üçün də mümkünsüz deyil.
Stoltenberq bildirib ki, alyans Kiyevə islahatların gücləndirilməsində və ölkənin modernləşdirilməsində köməklik göstərəcək.