Bu ölkənin iqtisadiyyatı gələn il 86% böyüyəcək
05.11.2019
2020-ci ildə ən sürətli böyüyən iqtisadiyyat Qayanaya məxsus olacaq.
Bu məlumatı Beynəlxalq Valyuta Fondu yayıb. Məlumata görə, bu ölkədə iqtisadi artım 86% təşkil edəcək. Bu göstərici Çin üçün nəzərdə tutulan iqtisadi artımdan 14 dəfə böyükdür.
Belə iqtisadi artıma səbəb "Ekzon Mobil”in Qayanada neft ehtiyatları axtarmasıdır.
Qeyd edək ki, Qayananın ümumdaxili məhsulu 4 milyard dollardır. ÜDM-nin 2024-cü ilə qədər 15 milyard dollar olacağı gözlənilir. Neft sektoru ölkə iqtisadiyyatının növbəti 5 ildə 40%-ni təşkil edəcək. Ölkə iqtisadiyyatının bu ilki artımı 4,4% olacaq.