"Real" hakimlərdən narazıdır
04.11.2019
"Real" rəhbərliyi La Liqada hakimlərin idarəçiliyindən narazıdır.
"Kral klubu"nun rəhbərliyi hakim səhvlərinə görə 7 xal itirdiklərini iddia edirlər.
Rəhbərlik hesab edir ki, "Betis" (0:0), "Vilyarreal" (2:2) və "Malyorka" (0:1) ilə qarşılaşmalarda hakim səhvlərinə görə qalib gələ bilməyiblər.
"Real" 11 turdan sonra 22 xal toplayaraq 2-ci pillədə qərarlaşıb. "Kral klubu" bu tur vahid lider olmaq şansını əldən verib. Komanda "Betis"lə bərabərə qalıb.