Türkiyə prezidenti Koreyaya getdi
02.05.2018
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyada rəsmi səfərdədir.
"Dövran Media" Türkiyə mətbuatına istinadən bildirir ki, o, Cənubi Koreya prezidenti Mun Çje İn-lə görüşüb.
Təntənəli mərasimlə qarşılanan Ərdoğan Mun Çje İn-in Şimali Koreya lideri Kim Çen In-lə görüşü barədə "Dünyadakı qorxuları, narahatlıqları yox edən görüş olub. Arzu edirik ki, bu qərarlılıq bundan sonra da belə davam etsin" söyləyib.