Bakıda nəhəng ticarət mərkəzi açılır - «Dəniz Mall»
04.11.2019
Bakıda yeni ticarət mərkəzinin açılışı üzrə hazırlıqlar tamamlanmaq üzrədir.
Xəbər verildiyi kimi, 2020-ci ilin fevralında Xəzərin sahilində hələlik ölkənin ən byöük ticarət mərkəzi sayılan «Dəniz Mall» işə düşəcək.
Sidney Operası stilində, 8 guşəli ulduz formasında inşa edilmiş ticarət mərkəzində 5 mərtəbə var. Sahəsi 120 min kvadratmetr olan mərkəzdə əyləncə obyektləri, mağazalar, restoran və sinema olacaq. Mərkəzin 2019-cu ilin sonuna açılacağı bildirilsə də bu müddət bir neçə ay gecikib və mərkəzdən verilən məlumata görə, 2020-ci ildən ziyarətçiləri qəbul edəcək. Layihənin müəllifləri «Dəniz Mall»ın ölkənin əsas əyləncə meydançası olacağını bildirirlər.
Mərkəzin binası 2007-ci ildə tanınmış dizayner Çapmanom Teylor tərəfindən layihələndirilib. Hazırlıq işləri elə o vaxt başlasa da, sonradan işlər dayanıb və yalnız 2014-cı ildən bərpa edilib.
Qeyd edək ki, əvvəlcə bu bina konqres mərkəzi, tədbirlərin və toyların keçiriləcəyi məkan kimi nəzərdə tutulub. Amma bu müddət ərzində Heydər Əliyev Mərkəzi və elə onun yaxınlığında Bakı Konqres mərkəzi işə düşüb. Nəticədə layihənin sifarişçiləri onu ənənəvi alış-veriş və ticarət məkanı kimi layihələndirməyi qərara alıblar.
Mərkəz ailəvi istirahət məkanı kimi nəzərdə tutulub və burada ticarət əyləncə obyektləri olacaq.
Artıq bir sıra tanınmış brendlər «Dəniz Mall»da olacaqlarını təsdiqləyiblər. Ticarət mərkəzində artıq 90% dükan yerlərinin icarəyə götürüldüyü bildirilir. Yeni mallda qiymətlərə gəlincə isə burada icarə qitmətlərinin digər mallardan fərqlənmədiyi bildirilib.
"Dəniz Mall"-da bu şirkətlərin olcağı artıq öz təsdiqini tapıb.
"McDonald's", "Alma Store", "Cinema Plus", "Yargıcı", "Swarovski", "Kinder Land", "Etam", "Cinnabon", "Flo", "Starbucks".