21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu ölkədə çörək bahalaşdı

04.11.2019

2019-cu ilin oktyabr ayında Gürcüstanda inflyasiya 6.9% təşkil edib.
APA xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) hesabatında məlumat verilib. Bildirilib ki, inflyasiya dərəcəsi ilə əlaqədar olaraq bu ölkədə orta hesabla 4.7% bahalaşma qeydə alınıb.
Bahalaşma daha çox qida məhsulları və alkoqolsuz içkilərdə özünü göstərib. Bu qrup üzrə qiymət artımı ümumilikdə 13.5% təşkil edib. Hesabat dövrü ərzində Gürcüstanda meyvə 26.9%, süd məhsulları və yumurta 16%, balıq 15.8%, ət 14.7%, şəkər, bal, şokolad və şirniyyat qiymətləri 13.7%, tərəvəz 12.4 faiz, çörək 11% bahalaşıb.
Tütün və alkoqollu içkilərin qiymətində isə 13% artım qeydə alınıb.